“Azərkosmos” ASC “Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələrini elan edib


Digərləri 18 İyl 2018 20:12:00 261 0

“Azərkosmos” ASC “Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələrini elan edib

“Azərkosmos” ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.

Bakı. “Azərkosmos” ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib. ASC-dən Trend-ə verilən məlumata görə, artıq üçüncü dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötən ilki müsabiqələrdə olduğu kimi Azersky peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumiilikdə 23 təklif təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, Azersky peykindən alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları 18 iyul 2018-ci ildə “Azərkosmos” ASC-də keçirilən müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb.