Həbsdə olanlardan 3 silah aşkarlanaraq götürülüb


Digərləri 18 İyl 2018 19:33:00 311 0

Həbsdə olanlardan 3 silah aşkarlanaraq götürülüb

2018-ci ilin ilk yarım ili ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1 770 manat məbləğində pul, 62 mobil telefon, 38 fakt üzrə 56,5 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Penitensiar Xidmətdə bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib. Müşavirədə qeyd olunub ki, həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 335 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib.