UNEC-in gənc startapçıları yay düşərgəsində (FOTO)


Digərləri 18 İyl 2018 19:33:07 280 0

UNEC-in gənc startapçıları yay düşərgəsində (FOTO)

UNEC və “Bank Respublika” ASC-nin birgə təşkilatçılığı ilə Qusar şəhərində Gənc startapçılar üçün yay düşərgəsi təşkil olunub.

Bakı. UNEC və “Bank Respublika” ASC-nin birgə təşkilatçılığı ilə Qusar şəhərində Gənc startapçılar üçün yay düşərgəsi təşkil olunub. UNEC-dən Trend-ə verilən məlumata görə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən layihənin məqsədi biznes ideya müsabiqələrinin qalibi olan UNEC-in gənc startapçılarına öz bizneslərini inkişaf etdirmək, yeni satış texnologiyalarına yiyələnmək və bu istiqamətdə onlara metodiki və psixoloji dəstək göstərmək olub.