Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib


Siyasət 18 İyl 2018 19:28:00 295 0

Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklərə əsasən, sərəncamın 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.".

2-ci hissəyə "Hüquq mühafizə orqanları ilə iş" sözlərindən sonra "və hərbi məsələlər" sözləri əlavə edilir.