"Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq"


Digərləri 18 İyl 2018 19:02:00 331 0

"Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq"

Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışı zamanı deyib.

R.Abdullayev qeyd edib ki, SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, "Azərikimya" İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və "SOCAR Polymer" zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Bu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək.

Şirkət rəhbəri bildirib ki, tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb. İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq: "Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq".