"Messini Ronaldodan daha üstün tuturam"


İdman 18 İyl 2018 18:30:00 273 0

"Messini Ronaldodan daha üstün tuturam"

Napoli-nin yarımmüdafiəçisi Lorenzo İnsinye Kriştianu Ronaldonun Juventus-a transfer olunması ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, italyan yarımmüdafiəçi Ronaldonun oyunları tək başına qazana bilməyəcəyini, Lionel Messinin ondan daha güclü futbolçu olduğunu bildirib.

“Ronaldoya “xoş gəldin” deyirəm. Mən onun bu liqaya necə uyğunlaşacağını maraqla gözləyirəm. O, oyunları tək başına qazana bilməz. İtaliya klublarının müdafiəsi çox güclüdür, lakin onun Juventus-a qarşı necə oynadığını görmüşük. Şəxsən mən Lionel Messini Kriştianu Ronaldodan daha üstün tuturam. Ancaq Ronaldonun bacarığına söz ola bilməz. O, 5 “qızıl top” qazanıb. Ronaldo iki il əvvəl Çempionlar Liqasında bizimlə qarşılaşdı. Amma o, bizə qarşı fərqlənə bilməmişdi”.