Rövnəq Abdullayev: “Aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin açılmasına səbəb olacaq”


İqtisadiyyat 18 İyl 2018 18:07:29 105 0

Rövnəq Abdullayev: “Aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin açılmasına səbəb olacaq”

"Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək"

SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və “SOCAR Polymer” zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Sizi əmin etmək istəyirəm ki, bu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək.

"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışında bildirib.

Onun sözlərinə görə, tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb: "İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq. Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq".

R.Abdullayev qeyd edib ki,“SOCAR-Polymer” zavodunun inşası ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib: "Mən yerli tərəfdaşlarımızın əməyini qeyd etmək və layihənin səmərəliliyinə inanmış Rusiyanın “Qazprombank”ının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Layihənin uğurla başa çatdırılması münasibətilə onları təbrik edirəm. Mən bu gün italiyalı tərəfdaşımıza - layihənin baş podratçısı olan “Maire Tecnimont” şirkətinə, sahə podratçısı olan Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor” şirkətinə layihənin idarə edilməsində bizə dəstək verdiklərinə görə xüsusi təşəkkür etmək istəyirəm. “Maire Tecnimont” həyata keçirdiyimiz birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək peşəkarlıq və işgüzarlığı nəzərə alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı həvalə olunub. “SOCAR-Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı - İtaliya şirkəti “Technip İtaly”dir. Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək".

"Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir" like
  • 18 İyl 18:07  
Siyasət "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir.

arrow Ətraflı
Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib like
  • 18 İyl 18:05  
Digərləri Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib

Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib

arrow Ətraflı
Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir like
  • 18 İyl 18:05  
Digərləri Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir

Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir.

arrow Ətraflı
U-21 son iki oyununu bu stadionda keçirəcək like
  • 18 İyl 18:02  
İdman U-21 son iki oyununu bu stadionda keçirəcək

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul

arrow Ətraflı
Dünyanın aparıcı kriptovalyutaları bahalaşır like
  • 18 İyl 17:59  
Digərləri Dünyanın aparıcı kriptovalyutaları bahalaşır

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoin son 24 saat ərzind

arrow Ətraflı
Ayrıldıqları deyilirdi like
  • 18 İyl 17:53  
Digərləri Ayrıldıqları deyilirdi

Keti Holms və Ceym Foks ayrılmaları ilə bağlı yayılan xəbərlərə son q

arrow Ətraflı
Macarıstan BMTnin miqrasiya razılaşmasından imtina etdi like
  • 18 İyl 17:43  
Dünya Macarıstan BMTnin miqrasiya razılaşmasından imtina etdi

Macarıstan BMT-nin egidası altında keçirilən danışıqlar zamanı razıla

arrow Ətraflı
Real yeni transferini təqdim etdi like
  • 18 İyl 17:42  
İdman Real yeni transferini təqdim etdi

Real bir neçə gün öncə Real Sociedad-dan transfer etdiyi Alva

arrow Ətraflı
""Cənub Qaz Dəhlizi" Azərbaycanİtaliya əlaqələrinin daha da inkişafına xidmət edəcək" like
  • 18 İyl 17:33  
Siyasət ""Cənub Qaz Dəhlizi" Azərbaycanİtaliya əlaqələrinin daha da inkişafına xidmət edəcək"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici iş

arrow Ətraflı
Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi like
  • 18 İyl 17:31  
Digərləri Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Macarıstan BMT-nin egidası altında keçirilən danışıqlar zamanı razıla

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 18 İyl 17:26  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

İyulun 19-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Nazpəri fəlsəfə doktoru oldu like
  • 18 İyl 17:23  
Şou-biznes Nazpəri fəlsəfə doktoru oldu

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olub.  Son.az axşam.a

arrow Ətraflı
İyulun 19-na manatın məzənnəsi like
  • 18 İyl 17:22  
Digərləri İyulun 19-na manatın məzənnəsi

İyulun 19-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı