Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib


Digərləri 18 İyl 2018 18:05:00 228 0

Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib

Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib

Bakı. Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib. Azəriqaz İB-dən Trend-ə verilən məlumata görə, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 950 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb.