Real yeni transferini təqdim etdi


İdman 18 İyl 2018 17:42:00 274 0

Real yeni transferini təqdim etdi

Real bir neçə gün öncə Real Sociedad-dan transfer etdiyi Alvaro Odriosolanı təqdim edib. Goal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Madrid klubu bu transferə görə basklara 40 milyon avro təzminat ödəyib. Real Sociedad-ın yetirməsi olan Odriosola ötən mövsüm bu komandanın heyətində 41 oyuna çıxıb.