"Azərbaycan İtaliya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir"


Digərləri 18 İyl 2018 17:13:00 232 0

"Azərbaycan İtaliya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir"

Azərbaycan İtaliya ilə iqtisadi əməkdaşlığa mühüm əhəmiyyət verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan-İtaliya biznes-forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, ölkədə İtaliya kapitallı təxminən 100 investisiya şirkəti qeydiyyata alınıb. Bu şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərirlər:

"Ölkələr arasında geniş investisiya əlaqələri qurulub. İtaliya şirkətləri neft və qeyri-neft sektorlarına sərmayə yatırırlar. Azərbaycan şirkətləri də İtaliyada investisiya qoyurlar. Bu biznes-forum iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edir".

Nazir müavini bildirib ki, bugünkü forumun mövzusu əməkdaşlığın prioritet istiqamətlərini əks etdirir: