“Küp bildim, insan kəlləsi çıxdı”


Digərləri 18 İyl 2018 17:18:00 364 0

“Küp bildim, insan kəlləsi çıxdı”

Şəkinin Çapağan kənd sakini insan qalıqları tapıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, kənd ərazisində bu cür tapıntılara vaxtaşırı rast gəlindiyini deyən Rizvan Ağayev ərazidə qədim qəbirlərin olduğunu deyir. Ancaq özünün ilk dəfədir ki, bu cür tapıntı aşkar etdiyini bildirir.

Rizvan Ağayev - Kənd sakini: "Küp bildim, dəymədim. Amma insan kəlləsi çıxdı".

Məsələ ilə bağlı Şəki REM-dən bildirildi ki, sümüklərin hansı dövrə aid olduğunu ancaq dişləri vasitəsi ilə bilmək olar. Lakin aşkar edilmiş sümüklər arasında dişlərin olmaması məsələni çətinə salır.

Həmçinin Rizvan Ağayevin qalıqları yerində götürməsidə ekspertizanın aparılmasına mane yaratmış olur. Belə ki, bu cür tapıntıların yeri dəyişdirilməməlidir. Əks təqdirdə ərazidə arxeoloji işlərin aparılması çətinləşir.


Xəbərə aid fotolar