Şimali Kipr sahillərində gəmi-bərə batıb: 16 qaçqın ölüb, 30 nəfər itkin düşüb


Dünya 18 İyl 2018 16:59:40 311 0

Şimali Kipr sahillərində gəmi-bərə batıb: 16 qaçqın ölüb, 30 nəfər itkin düşüb

101 qaçqın xilas edilib

Şimali Kipr Türk Cümhuriyyətinin Yeni Erenköy rayonu sahillərində göyərtəsində qaçqınlar olan gəmi-bərənin batması nəticəsində 16 qaçqın ölüb, 30-u itkin düşüb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub.

Məlumata görə, 101 qaçqın xilas edilib.