“Bank Standard”ın İdarə Heyətinin sədr müavini məhkəməyə çağırıldı


Digərləri 18 İyl 2018 17:05:00 327 0

“Bank Standard”ın İdarə Heyətinin sədr müavini məhkəməyə çağırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Fikrət Qəribov bildirib ki, aparılan işlə bağlı Rauf Əhmədovun və bankın sədr müavini Orxan Xubanovun məhkəmədə dindirilməsi vacibdir və onlar məhkəməyə çağırılıb.

Proses avqustun 29-dək təxirə salınıb.

Qeyd edək ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış "Harvest" MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında "Azərkarton" adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə "Harvest" MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.