Vasiflə Fatimə arasında efirdə gərgin anlar:


Şou-biznes 18 İyl 2018 16:56:00 265 0

Vasiflə Fatimə arasında efirdə gərgin anlar:

Əməkdar artist Vasif Məhərrəmli ilə rəqqasə Fatimə Fətəliyeva arasında efirdə gərgin anlar yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki,"Hər şey daxil" verilişində müğənninin rəqqasə ilə küsülü olduğu ortaya çıxıb.

Vasif canlı yayıma zəng edərək məsələyə aydınlıq gətirmək istəyib. O, Fatimə ilə küsülülüyünə Xatun Əliyevanın səbəb olmadığını deyib və rəqqasəni təhqid edib:

"Qadın məsələsinə məni qatmasınlar. Ucuz reklamlara ehtiyacım yoxdur. Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Burada mənim Fatimədən ağzım yandı. Eybi yox, sonra görüşdük, salamlaşdıq. Seçkilər ərəfəsində Şirvan şəhərində konsert idi. Orada müğənnilər üçün olan çadıra daxil oldum, Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir da...".