Qanunsuz heyvan kəsiminə qarşı reydlər başladı


Digərləri 18 İyl 2018 16:45:00 319 0

Qanunsuz heyvan kəsiminə qarşı reydlər başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə başlayıb. Keçirilən reydlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri xatırladılıb və onlara sonuncu xəbərdarlıq edilib.

Qeyd edək ki, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.