Hindistanda "MiQ21" qəzaya uğradı


Digərləri 18 İyl 2018 16:36:00 290 0

Hindistanda "MiQ21" qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-21" qırıcısı ölkənin şimalındakı Himaçal Pradeş əyalətində qəzaya uğrayıb.

Son.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində pilot ölüb.

Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, təyyarə Pathankot şəhərindəki bazadan havaya qalxıb. Uçuşdan sonra qırıcı ilə əlaqə kəsilib, qəzanın səbəbləri hələlik açıqlanmır.

Qəza yerində polis işləyir. Qəzadan sonra baş verən yanğın söndürülüb.