Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsünə hökm oxundu


Digərləri 18 İyl 2018 15:52:00 255 0

Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsünə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az APA-ya istiandən xəbər verir ki, prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə yol qəzası törətməkdə təqsirləndirilir.

Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovunidarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

T. Allahverdiyev hadisəni törədəndən sonra ölkədən qaçdığı üçün beynəlxalq axtarışa verilib.