Bakıda Beynəlxalq Media Forumu keçiriləcək FOTO


Digərləri 18 İyl 2018 15:31:00 230 0

Bakıda Beynəlxalq Media Forumu keçiriləcək  FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, "Yeni Çağ" Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

Son.az yenicag.az-a istinadla xəbər verir ki, tədbirə Türkiyə, Avropa və Azərbaycandan millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri qatılacaq. Türkiyədən qırx nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gələcəklər.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.


Xəbərə aid foto