Qolu sarğılı süpürgəçinin yüksək vəzifəli atasını ermənilər öldürüblər: yaşadığı yerdən


Digərləri 18 İyl 2018 15:27:00 353 0

Qolu sarğılı süpürgəçinin yüksək vəzifəli atasını ermənilər öldürüblər: yaşadığı yerdən

Bakıda qolu sarğılı küçə süpürən qadın barədə bəzi məlumatlar üzə çıxıb.

Son.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, 1941-ci il təvəllüdlü, Alaverdova Nelya 10 ilə yaxındır ki, küçə süpürür. 

Uzun müddət Nizami küçəsində yerləşən köhnə ayaqqabı fabrikində işləyib. Ora bağlandıqdan sonra küçədə daşların üstündə yatıb.

Ərazidə yaşayan insanlar onu Mənzil Kommunal Təsərrüfat Birliyində işə düzəldiblər. 10 ildir ki, qadın burada işləyir və süpürgəçilərin xidməti otağında kiçik bir yerdə yaşayır. 

Məlumata görə, qadın əslən iranlıdır. Atası vaxtilə Bakıda yüksək vəzifədə çalışıb və ermənilər tərəfindən öldürülüb. 

Alaverdova Nelya ilə birlikdə işləyən Güllizar Vəliyeva bildirib ki, bu gün səhər saatlarında qadın qaldığı yerdən çıxıb: "Qadın yaşadığı ünvanda yıxılıb və qolunu əzib. Kömək etdik. Mənzil Kommunal Təsərrüfat Birliyindən Abbas müəllim gəlmişdi. Ona Nelyanın yıxıldığını dedik. O da dedi ki, hazırlaş, səni həkimə aparacağıq. Özü harasa getdi və həkimi hardan tapdı, bilmirik. Qolunda sarğı ilə gəldi. Bu gün səhər saat 6-da biz işə çıxanda burada idik. Özü hara gedib bilmirik".


Xəbərə aid fotolar