Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək (FOTO)


Digərləri 18 İyl 2018 15:16:00 239 0

Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək (FOTO)

2018-ci ilin 6 ayı ərzində uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.

Bakı. Dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam edir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci ilin 6 ayı ərzində uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub. Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2018-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasda deyib. Sədr ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Prezident iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışıb, 500 məntəqəni əhatə edən 1300 km uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğuladığını və 2018-ci ildə Dövlət Agentliyi kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2000 km-dən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu qeyd edib.