DİN: Bu il 734 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 18 İyl 2018 14:55:00 200 0

DİN: Bu il 734 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 kiloqram çoxdur

Bakı. Bu ilin birinci yarısında daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 1708, o cümlədən satışı ilə bağlı 525, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı 118 fakt müəyyən edilib. Bu barədə Trend-ə DİN-dən məlumat verilib. Məlumata görə, faktlar üzrə 734,4 kiloqram narkotik vasitə, o cümlədən 483,4 kiloqram marixuana, 157,9 kiloqram tiryək, 70,1 kiloqram heroin, 8,3 kiloqram həşiş, 14,6 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə, 1 ton 126 kiloqram narkotik tərkibli çətənə, 6,4 kiloqram xaş-xaş bitkiləri götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin 2,2 kiloqram güclü təsiredici xüsusiyyətə malik, 1,4 kiloqram zəhərli və 334,5 qram psixotrop maddə aşkar edilərək götürülüb.