DİM: İmtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlərin nəticələri ləğv edilib


Digərləri 18 İyl 2018 14:42:00 254 0

DİM: İmtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlərin nəticələri ləğv edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 49 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.