Liverpool gənc futbolçu transfer edib


İdman 18 İyl 2018 14:40:00 271 0

Liverpool gənc futbolçu transfer edib

Liverpool klubu gənc futbolçusu Rian Bruster ilə rəsmi müqavilə imzalayıb. Goal.az xəbər verir ki, 18 yaşlı hücumçu 2018-2019 mövsümündən etibarən İngiltərə təmsilçisinin əsas komandasında çıxış edəcək. Sözləşmənin detalları isə hələ ki, bəlli deyil.

Rian Bruster 2014-cü ildə İngiltərənin Chelsea-nin akademiyasından Liverpool-a keçib. O, 2017-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 8 qol vuraraq turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.