Binəqədidə mənzildən qadın meyiti tapıldı


Digərləri 18 İyl 2018 14:12:00 206 0

Binəqədidə mənzildən qadın meyiti tapıldı

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Quliyeva Sevinc Süleyman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.