General atışmada yaralanmış baş çavuş təltif edildi FOTO


Digərləri 18 İyl 2018 14:05:00 430 0

General atışmada yaralanmış baş çavuş təltif edildi  FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev bu ilin iyunun 21-də sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada yaralanan baş çavuş Ramazan Kurupovla görüşüb və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını ona təqdim edib.

DSX-dən Son.az-a verilən məlumata görə, görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al­tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver­mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şü­caə­­ti­nin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Xatırladaq ki, 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada baş ça­­vuş Kuru­pov Ra­­ma­zan Məm­məd oğlu çoxsaylı güllə yaraları alıb və təcili əməliyyat olu­na­raq həyatı xilas edilib.


Xəbərə aid fotolar