Məşhur müğənni 19 milyona villa aldı


Digərləri 18 İyl 2018 13:38:00 250 0

Məşhur müğənni 19 milyona villa aldı

Amerikalı aktyor, bəstəkar, müğənni və prodüser Mark Entoni ABŞ-ın Florida ştatındakı Koral-Qeyblsdə 19 milyon dollara villa satın alıb.

Son.az "The Wall Street Journal"-a istinadən bildirir ki, 49 yaşlı Entoni villanı aşkar şəkildə yox, meneceri vasitəsilə əldə edib.

Bu villa M.Entoninin sabiq arvadı, məşhur müğənni və aktrisa Cennifer Lopeslə sevgilisi Aleks Rodrigesə məxsus malikanədən 2,4 km aralıdır.

1,3 hektarlıq ərazidə yerləşən, 1908 kvadrat metr sahəsi olan villada 12 yataq otağı və 13 vanna otağı var.

Villanın 100 metr uzunluğunda limanı, 121 kvadrat metr sahəsi olan hovuzu və fəvvarəsi var.