Bakıda 4 min manatlıq ərzaq məhsulları oğurlandı


Digərləri 18 İyl 2018 13:22:00 263 0

Bakıda 4 min manatlıq ərzaq məhsulları oğurlandı

Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Bakı. İyulun 12-nə keçən gecə Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.