Daha bir avtobus qəzası:


Digərləri 18 İyl 2018 13:04:00 221 0

Daha bir avtobus qəzası:

"Nissan" markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub

Şabran rayonunun Günəşli kəndində "Nissan" markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.