Manchester United-in ulduzuna viza verilmədi


İdman 18 İyl 2018 13:04:00 288 0

Manchester United-in ulduzuna viza verilmədi

Manchester United-in çilili futbolçusu Aleksis Sançez komandanın ABŞ-dakı təlim-məşq toplanışına aparılmayıb. Goal.az xəbər verir ki, buna səbəb hücumçuya ABŞ tərəfindən viza verilməməsi olub. 29 yaşlı futbolçunun İspaniyada vergidən yayınması ilə bağlı aldığı 16 aylıq həbs cəzasına görə, viza üçün etdiyi müraciət qəbul edilməyib. Xatırladaq ki, çilili futbolçunun həbs cəzası pul cəzası ilə əvəz olunub. Sançez məşqlərini İngiltərədə davam etdirəcək.