Ağsuda soyğunçuluq edən şəxs saxlanılıb


Digərləri 18 İyl 2018 12:44:21 202 0

Ağsuda soyğunçuluq edən şəxs saxlanılıb

İyulun 17-də Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Muradlı kənd sakini A.Nurməmmədov iyulun 15-də bir nəfərin onun həyətyanı sahəsindən 2 baş qoyununu “Daewoo” markalı avtomobilə qoyaraq aradan çıxdığını bildirib.

Bakı. İyulun 17-də Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Muradlı kənd sakini A.Nurməmmədov iyulun 15-də bir nəfərin onun həyətyanı sahəsindən 2 baş qoyununu “Daewoo” markalı avtomobilə qoyaraq aradan çıxdığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.