Vertolyot düyü sahəsinə düşdü, 3 nəfər yandı


Dünya 18 İyl 2018 12:35:00 260 0

Vertolyot düyü sahəsinə düşdü, 3 nəfər yandı

Tailandın şimal-şərqində Kxonken vilayətində şəxsi vertolyot qəzaya uğrayıb

Tailandın şimal-şərqində Kxonken vilayətində şəxsi vertolyot qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində pilot və iki sərnişin dünyasını dəyişib.

İnsident səhər saatlarında baş verib. Vertolyot düyü sahəsinə düşərək yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər vertolyotu söndürdükdən sonra 3 nəfərin yanmış cəsədi aşkar edilib.