Ünvanlı sosial yardımın alınması proseduru sadələşdirilir


Digərləri 18 İyl 2018 12:36:00 281 0

Ünvanlı sosial yardımın alınması proseduru sadələşdirilir

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.

Bakı. Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il aprelin 30-da yaradılmış müvafiq İşçi Qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub.