Əvvəl ər arvadı, sonra arvad ərini bıçaqladı Azərbaycanda
Kriminal 18 İyl 2018 12:21:00 322 0
Ər-arvad bir-birini bıçaqladı
Ağcabədidə ər-arvad bir-birini bıçaqlayıb.
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində yerləşən fermada qeydə alınıb. Orada işləyən, 1971-ci il təvəllüdlü Xanlar Muxtar oğlu Məmmədov aralarında yaranmış ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı, 1980-cı il təvəllüdlü Gülnaz Saleh qızı Məmmədovanı bıçaqlayıb. G. Məmmədova bu zaman X. Məmmədovun əlindən bıçağı alaraq ona xəsarət yetirib.
Hər iki şəxs təcilli Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. G. Məmmədovanı xilas etmək mümkün olub.
Mənbə: milli.az