Beşiktaş-ın müdafiəçisinə müştərilər artır


İdman 18 İyl 2018 12:28:00 260 0

Beşiktaş-ın müdafiəçisinə müştərilər artır

Beşiktaş Domaqoy Vidanın transfer qiymətini artırıb. Goal.az xəbər verir ki, Xorvatiya millisi ilə dünya çempionatındakı performansı ilə bir çox klubların transfer siyahısına düşən müdafiəçinin transfer dəyəri 30 milyon avro müəyyənləşdirilib.

Vida üçün son olaraq İngiltərə təmsilçisi Liverpool 20 milyon avro təklif etmiş, lakin Beşiktaş bu təklifi qəbul etməmişdi.

29 yaşlı müdafiəçi ilə Liverpool-la yanaşı, West Ham United, Atletico və Avropa Liqasının 2-ci təsnifat mərhələsində Neftçi-nin potensial rəqibi olan Sevilla yaxından maraqlanır.

Vida Xorvatiya millisi ilə DÇ-2018-in finalında Fransaya 2:4 hesabı ilə məğlub olaraq, dünya ikincisi olub.