Tereza Mey təhdid etdi


Dünya 18 İyl 2018 11:53:00 224 0

Tereza Mey təhdid etdi

Tereza Mey hakim Mühafizəkarlar Partiyası daxilində onun "Brexit"dən sonra London və Brüssel arasında iqtisadi əlaqələrin inkişafı planı ilə razılaşmayanları növbədənkənar seçkilərlə təhdid edib

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası daxilində onun "Brexit"dən sonra London və Brüssel arasında iqtisadi əlaqələrin inkişafı planı ilə razılaşmayanları növbədənkənar seçkilərlə təhdid edib.

Son.az bildiir ki, bu barədə "report" TASS-a istinadən xəbər verir.

"The Times" qəzetinin yazdığına görə, T.Mey belə xəbərdarlıqla dünən axşam İcmalar Palatasında Stiven Hammond və Niki Morqan başda olmaqla, baş nazirin tənqidçilərinin təklif etdiyi ticarət haqqında qanun layihəsinə dəyişikliklərlə bağlı həlledici səsvermə öncəsi çıxış edib.