Millidə tarix yazan baş məşqçi istefa verdi


İdman 18 İyl 2018 10:49:00 298 0

Millidə tarix yazan baş məşqçi istefa verdi

Tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanan Panama millisində baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis Ernan Dario Qomeslə yollar aryılıb. Bu barədə Panama Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Baş məşqçinin vida məktubunu yayımlayan federasiya sonda ona yeni işlərində uğurlar arzulayıb.

62 yaşlı mütəxəssis 2014-cü ildən Panama yığmasını çalışdırırdı. Onun rəhbərliyi altında mərkəzi ameriaklılar Rusiyada keçirilən mundiala vəsiqə qazanmışdı. Lakin qrup mərhələsinin hər üç oyununu məğlub başa vuran panamalılar mundiala erkən vida etdilər. Artıq Ernan Dario Qomesin yeni iş yeri də məlumdu. Təcrübəli mütəxəssis bundan sonra Ekvador yığmasını çalışdıracaq.