Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb


Digərləri 18 İyl 2018 11:30:00 258 0

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı. Samir Əli - İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.