Sertifikatsız mexanizator pambıq yığa bilməyəcək


Digərləri 18 İyl 2018 11:20:00 296 0

Sertifikatsız mexanizator pambıq yığa bilməyəcək

İyulun 23-də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq.

Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar.