Yaşlı qadının 68 manat və mobil telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO


Digərləri 18 İyl 2018 11:01:00 220 0

Yaşlı qadının 68 manat və mobil telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Bakıda ahıl yaşlı qadının 68 manat və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu barədə zərərçəkən DİN-in“102” Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib. Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.