BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb


Digərləri 18 İyl 2018 10:48:10 256 0

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Bakı Ali Neft Məktəbini bu il bitirən məzunları şirkətlərin diqqət mərkəzindədir.

Bakı. Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunları şirkətlərin diqqət mərkəzindədir. Trend-in məlumatına görə, ali məktəbin 2018-ci il məzunlarından daha 15 nəfəri SOCAR-ın Kompleks Qazma İşləri Tresti (KQİT) tərəfindən işə qəbul edilib. Onların 12-si qazmaçı, 2-si geoloq, 1 nəfər isə elektronika mühəndisi olaraq işə götürülüblər. Qeyd edək ki, BANM-ın məzunları heç bir müsabiqə keçmədən KQİT tərəfindən birbaşa işə alınaraq öz vəzifə təlimatlarının icrasına başlayıblar. Yeni işçilərə öncə əməyin təhlükəsizliyi qaydaları və sahə təlimatları üzrə təlimlər keçilib, daha sonra məzunlar dənizdə və quruda öz yeni vəzifə təlimatlarının icrasına dair prosesləri müşahidə etmək və öyrənmək üçün işə başlayıblar.