Külli miqdarda siqareti qanunsuz keçirmək cəhdləri baş tutmadı (FOTO/VİDEO)


Digərləri 18 İyl 2018 10:40:04 254 0

Külli miqdarda siqareti qanunsuz keçirmək cəhdləri baş tutmadı (FOTO/VİDEO)

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb.

Bakı. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, hər iki fakt idarənin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb. Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF 105" markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17.600 ədəd "Marlboro Silver Pack 72S" markalı siqaret aşkar olunub.