Hacıqabul sakini yeznəsini bıçaqladı


Kriminal 18 İyl 2018 10:11:00 263 0

Hacıqabul sakini yeznəsini bıçaqladı

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb.

Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.