511 nəfər öldü, 55 min ev dağıldı


Dünya 18 İyl 2018 09:49:30 260 0

511 nəfər öldü, 55 min ev dağıldı

Hindistanda son 64 ildə ilk dəfədir belə güclü leysan yağır

Hindistanda Musson yağışları nəticəsində 511 nəfər ölüb, 176 nəfər xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Su ehtiyatları üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti ölkənin 91 bölgəsini əhatə edib. 55 min ev dağılıb, bir milyondan çox iri buynuzlu mal-qara suda boğularaq, tələf olub.