Delidə bina uçdu: 3 ölü


Dünya 18 İyl 2018 09:03:00 250 0

Delidə bina uçdu: 3 ölü

İyulun 18-də Hindistanın paytaxtı Delinin şərqindəki Big Noida şəhərində iki binanın dağılması nəticəsində üç adam həyatını itirib

İyulun 18-də Hindistanın paytaxtı Delinin şərqindəki Big Noida şəhərində iki binanın dağılması nəticəsində üç adam həyatını itirib. Bu haqda Uttar Pradeş ştatının polis idarəsi məlumat verib.

Son.az Trend-ə istinadən bildirir ki, "Tikilən altı mərtəbəli binanın dörd mərtəbəli yaşayış binasının üzərinə aşması nəticəsində hər ikisi dağılıb. Hal hazırda 3 adımın öldüyü haqda məlumatımız var. Dağıntılar altında qalanların sayı barəsində və kiminsə sağ qalıb qalmaması haqqında hələ ki dəqiq informasiyamız yoxdur", - ştatın polis idarəsinin rəsmisi hadisəylə bağlı bəyanat verib.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.