Nikaraquada etiraz aksiyalarında daha 3 nəfər həlak olub


Digərləri 18 İyl 2018 04:59:00 289 0

Nikaraquada etiraz aksiyalarında daha 3 nəfər həlak olub

Hüquq müdafiəçiləri xəbər verir ki, iyulun 18-də Nikaraquada nümayişçilərə qarşı hökumət qüvvələrinin tədbirləri nəticəsində daha 3 nəfər öldürülüb.

Bakı. Hüquq müdafiəçiləri xəbər verir ki, iyulun 18-də Nikaraquada nümayişçilərə qarşı hökumət qüvvələrinin tədbirləri nəticəsində daha 3 nəfər öldürülüb. Nikaraqua insan hüquqları üzrə assosiasiyasının verdiyi məlumata əsasən, Masaya şəhərində bir polis, bir yeniyetmə və bir qadın öldürülüb. Səhər saatlarından etibarən hökumət tərəfdarları şəhərin küçələrində tikilmiş barrikadaları sökməyə çalışır. Şəhərə giriş bağlıdır.