Gürcüstanda keçmiş XİN rəhbərinin prezidentliyə namizədliyi irəli sürüldü


Digərləri 18 İyl 2018 01:51:00 296 0

Gürcüstanda keçmiş XİN rəhbərinin prezidentliyə namizədliyi irəli sürüldü

Gürcüstanın keçmiş Xarici İşlər naziri (2008-2012) Grigol Vaşadze ölkədə 10 müxalifət partiyası tərəfindən prezidentliyə namizəd kimi irəli sürüldü.

Bakı. Gürcüstanın keçmiş Xarici İşlər naziri (2008-2012) Grigol Vaşadze ölkədə 10 müxalifət partiyası tərəfindən prezidentliyə namizəd kimi irəli sürüldü. Trend-in məlumatına görə, Vaşadze, iyulun 17-də Kutaisi şəhərində çıxışı zamanı namizədliyinin irəli sürülməsi barədə açıqlama etdi. Gürcüstanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrın sonlarında və ya noyabrda keçiriləcəyi gözlənilir. Seçkilərin dəqiq tarixini indiki dövlət başçısı Georgi Marqvelaşvili seçkilərə 60 gün qalmış elan etməlidir. Prezident altı il (əvvəllər beş il) müddətinə ümumi səsvermə yolu ilə seçiləcəkdir.