Günün qoroskopu: hisslərin əsiri olmayın


Digərləri 18 İyl 2018 00:01:00 318 0

Günün qoroskopu: hisslərin əsiri olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.

Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın.

Problemlərin həllində qeyri-standart variantları seçin.

Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumlar və uşaqlarla təmaslar sizə müsbət emosiyalar verəcək.

Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş, həssas olun. Belədə fikir ayrılığı və ixtilaf riski minimuma enəcək.

Buğa - İmkanlarınızı və resurslarınızı qoruyun. İşdə başladığınız layihəyə iddialılar peyda ola bilər. Pulunuzu, fəaliyyət arealınızı, maraqlarınızı qoruyun. İddiaların sayı arta bilər. Yaxın adamlardan biri qısqanclıq üçün səbəb yaradacaq.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən biri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. Mövqelərinizi qoruyun, amma ifrata varmayın. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Situasiyanı real dəyərləndirin, adekvat qərarlar qəbul edin.

Hadisələrə təsir imkanlarına malik insanla təmasları passivləşdirməyin.

Əkizlər - Günün ilk yarısında asan işlərin çətinləşməsi istisna deyil. Sadə variantlar yoxdur və onları da aramayın. Səbrli olun. Hadisələrin tempi sizin gözlədiyiniz sürətdən aşağı olacaq.

Bütün diqqəti işə yönəldin.

Günün ikinci yarısında laqeydlik işlərdə zəruri effektin əldə edilməsinə maneələr yaradacaq. İş yerində yeni intriqa yaranacaq. Gündəlik işlərin, rutin qayğıların artımı istisna deyil.

Başqalarının işlərini görməli olacaqsınız. Pulsuz olduğunu düşündüyünüz nəsnənin pullu olduğunu axşam saatlarında anlayacaqsınız. Səhhətinizə fikir verin.

Köhnə ağrıların residivi ola bilər.

Xərçəng - Günün ilk yarısı mahiyyət etibarilə uğurludur. Situasiyaların əksəriyyətində intuisiyanız dadınıza çata bilər. Hisslərinizi sözlərlə pərdələməyin. Dəyər verdiyiniz insanla aranızda tam qarşılıqlı anlaşma olmalıdır. İşgüzar fəaliyyətinizdə ən kiçik detallara fikir verin. Təşəbbüskar olun, yaxın ətrafınızdakı insanların ideyalarından yararlanın.

Günün ikinci yarısında xərclərə, gəlirlərə, sərmayəyə fikir verin. İstəklərinizə nəzarət edin. Hisslərinizi cilovlayın, soyuqqanlı olun. Reallıq hissini itirməyin.

Şir - Günün ilk yarısından etibarən emosional gərginliyin artması, əsəblərin tarıma çəkilməsi istisna deyil. Müvəqqəti çətinlikləri dəf edin. Maddi və məişət problemlərini vaxtında çözün. Ötənlərdəki məğlubiyyətlərdən birinin fəsadlarını indi hiss etməyə başlayacaqsınız.

Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi, yaxud da mənzil və ya daşınmaz əmlakla bağlı məsələ başağrısına çevriləcək.

Hər şeyi müftə əldə etməyin mümkün olmadığını unutmayın. İddialı, aqressiv olmayın. Emosiyalarınızı nümayiş etdirməyin. Axşam saatlarında alış-veriş və daşınmaz əmlakla əməliyyatlar məsləhət deyil.

Qız - Məntiqli davranın. Qərarların qəbulunda emosiyaların əsirinə çevrilməyiniz bütün işlərinizə zərbə vura bilər. Diqqətdən qaçan xırdalıqlar ciddi problemlərə çevrilməməlidir. Təxəyyülü reallıq saymayın.

Sizi anlayan insanlarla ünsiyyətdə olun. Yaxşı tanımadığınız insanlara inanmayın. Düşünülməmiş addımlar atmayın.