Acunun ailəsi ölümlə üzüzə qaldı


Digərləri 17 İyl 2018 23:53:00 315 0

Acunun ailəsi ölümlə üzüzə qaldı

Prodüser-aparıcı Acun Ilıcalının keçmiş həyat yoldaşı Zeynəb Yılmaz qızları Leyla və Yaseminlə birgə istirahətə yollanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Zeynəb və qızları ölümlə üz-üzə qalıb. Belə ki, onlar "Survivor" adlı 8 nəfərlik yaxtada olarkən, batma təhlükəsi yaşayıblar. Buna səbəb yaxtanın mühərrik hissəsinə su dolması olub. Zeynəb və qızları qorxu dolu anlar yaşayıblar. Dalğıcların köməyi ilə problem həll olunub və yaxta təmirə aparılıb.