Bakıda ağır qəza: xəsarət alan var FOTO


Digərləri 17 İyl 2018 23:19:00 255 0

Bakıda ağır qəza: xəsarət alan var  FOTO

Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, 90-UC-653 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil "Sola qadağandır" yol nişanının tələbini pozaraq Eldar Babayev küçəsinə dönüb. Bu zaman Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan 90-UV-281 dövlət nişanlı "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə sonuncu avtomobildə olan yeniyetmə oğlan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Post və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.


Xəbərə aid fotolar