“Dəstəmazsız dua kitabını oxumayın” deyən kim idi?


Digərləri 17 İyl 2018 22:20:00 303 0

“Dəstəmazsız dua kitabını oxumayın” deyən kim idi?

Ayətullah Təclil Təbrizi öz xatirələrindən danışaraq deyir: "İmam Zaman ağanın (ə.f) hüzuruna gedənlərin və onunla görüşəyə nail olanların sayı çoxdur. Mənbələrdən də göründüyü kimi, bəzən Həzrətlə (ə.f) görüşənlər onun kim olduğunu bilməmişdilər.

Bizim günlərimizdə də bu cür hadisələr baş verir və İmam Zaman ağa ilə (ə.f) görüşmək şərəfinə nail olan şəxslərdən biri də mərhum Hacı Molla İsmayil Sərxabi idi. O, Təbrizin məşhur rövzə oxuyanlarından idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, o, Əhli-Beyti (ə) çox sevən insanlardan idi.

Həmin şəxsin atam Hacı Mirzə Əli Əkbər ilə hekayəsi vardır ki, hər ikisinin dilindən eşitmişəm.

Atam cavan olan zaman, bir mağaza sahibi idi. Atam nəql edir: "Bir gün Hacı Molla İsmayil mənim mağazamda əyləşmişdi. Əlində dua kitabı var idi. Anidən mağazanın önündə bir kişi zahir oldu və ona dedi: "Dəstəmazsız dua kitabını oxumayın".